TÜRK
شهیدلر اولمز اورمیه بولونمز.şəhıdlər ölməz urmu bölünməz
نوشته شده در تاریخ شنبه 6 خرداد 1391 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

Elman Abdullayev: "İran ölkə rəsmilərinin Azərbaycanla bağlı çıxışlarına görə üzr istəməlidir

http://img4up.com/up2/34041378383407738187.jpg                                                     

İran ölkə rəsmilərinin Azərbaycanla bağlı çıxışlarına görə üzr istəməlidir. Belə bir bəyanatla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış edib. Jurnalistlərin suallarını cavablandıran diplomat həmçinin İran tərəfinin Azərbaycanın Tehrandakı səfirinə nota verməsi barədə məlumatı təkzib edib.

E.Abdullayev onu da bildirib ki, rəsmi Bakı Tehrandan Azərbaycanın İrandakı diplomatik missiyaları qarşısında anti-Azərbaycan xarakterli aksiyaların qarşısının alınmasını tələb edib.

Qeyd edək ki, bu günlərdə İranın bəzi qüvvələri Azərbaycanın ünvanına təhqiredici fikirlər səsləndirib. Konkret olaraq dünən İranın xarici işlər naziri Əli Əkbər Salehi ölkəmizin ünvanına yolverilməz fikirlər səsləndirib.




برچسب ها: İran، Azərbaycan، Azərbaycan Xarici İşlər Nazirliyi، Elman Abdullayev، Əli Əkbər Salehi،
نوشته شده در تاریخ دوشنبه 8 اسفند 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

                                        http://www.up.98ia.com/images/mhkppmt37b6q43is8mv4.jpg

İranla İsrail arasında “Hizbullah” qruplaşmasının da yer aldığı kəşfiyyat savaşının dərinləşdiyi bir vaxtda bu təşkilatın lideri Azərbaycandan danışıb. “Hizbullah” lideri Şeyx Həsən Nəsralla Beyrutdakı çıxışı zamanı bildirib ki, təşkilatın Azərbaycanda bazasının olmamasından təəsüflənir. İRNA agentliyinin məlumatına görə, Beyrutda videokonfrans vasitəsilə tərəfdarlarına müraciət edən Nəsrullah Qərbin Suriya böhranındakı rolu haqda danışıb.

O deyib ki, ABŞ və digər Qərb ökələri Suriyaya qoşun göndərmək istəmir, ancaq münaqişəni daha da qızışdırmaq üçün müxaliflərə hərbi yardım təklif edir. Onun fikrincə, bəziləri Suriyadakı böhranın sona çatması üçün siyasi yolları əngəlləyir. Nəsrullah əhalisinin əksəriyyəti şiələr olan Bəhreyndə də hakimiyyət əleyhinə etirazların genişləndiyini deyib, ancaq o əlavə edib ki, istənilən halda bu böhran da siyasi yolla həll edilməlidir. Daha sonra Nəsrullah ABŞ xüsusi xidmət orqanlarının “Hizbullah”ın Afrika ölkələrindən tutmuş Azərbaycana qədər dünyanın ən müxtəlif yerlərində bazalarının olduğu barədə iddialarına münasibət bildirib: “Amerikalılar deyirlər ki, ”Hizbullah"ın Afrikada və Azərbaycanda da bazaları var. Mən təəsüflənirəm ki, bu doğru deyil".
“Hizbullah”ın Azərbaycanda bazalarının olması barədə bir gün əvvəl ABŞ xüsusi xidmət orqanlarının rəsmiləri bildiriblər. Federal Təhqiqatlar Bürosunun rəsmiləri deyiblər ki, İran “Hizbullah” vasitəsilə ABŞ-da terror və sui-qəsdlər həyata keçirə bilər. Eyni zamanda “Hizbullah”ın dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən özəkləri İrana terror fəaliyyətlərini ölkə hüdudlarından çox-çox kənarlara daşımağa imkan yaradır. Həmçinin İsrailin BMT-dəki səfiri Ron Prosor Təhlükəsizlik Şurasında çıxışı zamanı “Hizbullah”ın Qərbi Afrika ölkələrində “siyasi dəstəyə” malik olduğunu, bu bölgədən İsrailə qarşı terror hücumları hazırlamaq üçün istifadə etdiyini deyib. Qeyd edək ki, son həftələr ərzində İranın Azərbaycanla kəskinləşən münasibətləri fonunda Tehran Bakını İsrail kəşfiyyatı ilə əməkdaşlıqda təqsirləndirib. Buna cavab olaraq Azərbaycan tərəfi İranın “Hizbullah” qruplaşması vasitəsilə ölkə ərazisində müxtəlif vaxtlarda həyata keçirməyə çalışdığı terror planlarını qabardır.

Siyasət şöbəsi

 




برچسب ها: Şeyx Həsən Nəsrullah، İran، Hizbullah، Azərbaycan،
نوشته شده در تاریخ جمعه 2 دی 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()
                              http://www.irupload.ir/images/bz6awhmw8jqab6n8rsaq.jpg
                              اورمولو بهرام اسدی
                       
   جان آذربایجان

 سن بیزیم ابدی دیاریمیزسان

یاناریق سن دئسن یان آذربایجان

 قویماریق اجنبی، خاینی بیر گؤز

تورپاغینا باخا یان آذربایجان

 

 ایكینی سایانا قوشونون یوزو

دولدورار دره ‏نی، آرانی، دوزو

 قوش قونماز داغلاردا گئجه-گوندوزو

اوردولارین وئرر سان آذربایجان

 

 بیر زامان بزه‏ گین بزه‏ گه دوشدو

بیر زامان گؤز یاشین گؤزه ‏یه دوشدو

 بیر زامان آدیندان لرزه‏ یه دوشدو

خوتكار ایله پاشا، خان آذربایجان

 

 آیاغینا بوخوو وورولسا هاچاق

اولادین چئینه‏ ییب اونو قیراجاق

 داماریمیزداكی قان فیشقیراجاق

تؤكریك اوغرونا قان آذربایجان

 

 شاعرین سیغماییر نه‏ دن پوستوندا

بئله شن دولانیر سینه‏ ن اوستونده

 چونكی بیر دیارسان سنه دوستون دا

دوشمنین ده دئییر جان آذربایجان .

                 latincə

ادامه مطلب:ardında
برچسب ها: بهرام اسدی، آذربایجان شعری، اورمولو بهرام اسدی، بهرام اسدی شعرلری، تورکجه شعر، شعر ترکی، تورکو شعر، azərbaycan، bəhram əsədi،
نوشته شده در تاریخ سه شنبه 29 آذر 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

http://www.irupload.ir/images/nzu2nkn8meniliym8538.jpg

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Fransaya xəbərdarlıq edib. 

Fransaya etiraz məktubundan sonra bir də açıqlama verən Cəmil Çiçək Parisin səylərini daxili siyasətin istismarı kimi dəyərləndirib. Çiçək Fransanın gələcəkdə bunun əvəzini ağır ödəyəcəyini söyləyib: "Gələcəyi qaraldacaq və məsələnin yanlış istiqamətlərə çəkilməsinə imkan verəcək bu cür istismar səylərindən çəkinmək lazımdır. İş bu məcraya sürükləndiyi təqdirdə Fransa bunun əvəzini gələcəkdə çox ağır ödəyər"."

Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış isə Fransanın müzakirəyə çıxardığı layihənin problemli və ağılsızcasına bir sənəd olduğunu və Avropa Birliyi qanunvericiliyinə zidd olduğunu bildirib.

Layihə qəbul olunacağı təqdirdə Fransaya sanksiya tətbiq olunub olunmayacağı haqda suala isə nəqliyyat naziri Binəli Yıldırım cavab verib. Yıldırım "Gəlişmələrə görə lazımi cavabları verərik" deyib.

İqtisadiyyat naziri Zəfər Çağlayan isə hökumətin embarzo tətbiq etməyəcəyini, amma iqtisadi əlaqələrin zədələnəcəyini söyləyib.

 




برچسب ها: Türkiyə Böyük Millət Məclisi، Cəmil Çiçək، Türkiyə، azərbaycan،
نوشته شده در تاریخ سه شنبه 22 آذر 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

http://www.irupload.ir/images/81hn8a8t682m6mb6gqk.jpg

ATƏT-in Minsk Qrupunun bu vaxta qədər həyata keçirdiyi vasitəçilik missiyasının hələ də fiasko ilə nəticələnməsi Dağlıq Qarabağda müharibə ehtimalını artıran əsas faktora çevrilib. Rusiyanın "Press Sentr" portalı yazır ki, atəşkəs barədə tərəflər arasında əldə olunan razılaşmadan ötən dövr ərzində çox şey dəyişib. Belə ki, bu müddətdə Azərbaycan Ermənistanla müqayisədə iqtisadi, hərbi və demoqrafik baxımdan böyük üstünlüklər qazanıb. İndi Ermənistan qarşısında böyük hərbi üstünlüyə malik Azərbaycan Qarabağ konflikti ətrafında status-kvonu dəyişməkdə israrlı görünür.

   Portal qeyd edir ki, status-kvonu sülh yolu ilə dəyişə bilməyən ATƏT-in Minsk Qrupu artıq Azərbaycanda daha tez-tez kəskin tənqid hədəfinə çevrilir. Azərbaycan Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bununla bağlı bəyan edib ki, Azərbaycan ATƏT-ə inamını itirir: "Necə ola bilər ki, 20 ildən artıq davam edən münaqişə ilə bağlı irəliyə doğru bir addım da atmaq mümkün olmasın? Belə bir halda, ATƏT də özünə olan inamı, demək olar ki, itirir. Həmsədr dövlətlərin də özləri gərək düşünsünlər ki, necə olur, bu məsələ ilə bağlı atdıqları addımlar kiçik Ermənistan qarşısında heç bir nəticə vermir".

   Onun sözlərinə görə, Ermənistan həmişə bəhanə axtarır ki, danışıqlar prosesini uzatsın: "Ermənilər növbəti ildə də belə bəhanələrə əl ata bilər. Amma Azərbaycanın ermənilərin bu bəhanələrdən istifadə etməsinə nə qədər dözümü, səbri olmalıdır? Biz gec-tez öz torpaqlarımızı işğaldan azad edəcəyik. Bunun üçün böyük iradə nümayiş etdiririk, sülh və danışıqlar yolu ilə münaqişənin həll olunmasına çalışırıq". N.Məmmədov qeyd edib ki, dünya birliyi, beynəlxalq təşkilatlar, xüsusilə Ermənistanın indiki avantürist rəhbərləri də bilməlidir ki, onlar üçün vaxt itirmədən ən vacib iş bu münaqişənin sülh yolu ilə həll olunmasıdır: "Yoxsa Ermənistan özü özünü uçurumun astanasına gətirib çıxaracaq ki, bu da onlara çox baha başa gələcək".

   Aydındır ki, söhbət burada müharibə variantından gedir. Azərbaycan getdikcə müharibəyə alternativ variantın olmadığına daha çox inanır. Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun millətlərarası münasibətlərin problemləri şöbəsinin müdiri Sergey Markedonov isə, uzun müddətdir danışıqlarda irəliləyişlərin olmaması səbəbindən, Dağlıq Qarabağ uğrunda Ermənistan-Azərbaycan müharibəsinin yenidən alovlanması ehtimalı barədə nikbin danışır: "Tammiqyaslı müharibənin yenidən başlanması ehtimalı mənə çox az inandırıcı gəlir. Bunun üçün bir neçə prinsipial zəmin yoxdur. Bütün digər variantlar isə "blitskriqi" mümkünsüz edir, pozisiya müharibəsi isə ilk növbədə Bakı üçün sərfəli deyil. Səbəb bunun üçün beynəlxalq məsrəflərin həddən artıq çox olmasıdır".

   Bununla yanaşı o, Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında əlaqələrin aktivləşdirilməsi və ümumilikdə, Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətləri təmsilçilərinin ünsiyyətinin fəallaşdırılmasını müsbət qarşılayır: "Vətəndaşların ünsiyyət yarada bilməsi təşəbbüslərini sadəcə alqışlamaq olar. İnsanların bir-biri ilə ünsiyyətdə olması iki cəmiyyətin barışdırılması üçün vacib amildir. Lakin nə İrəvanda, nə də Bakıda siyasi iradə mövcud olmadan, qarşılıqlı güzəştlər və kompromislər edilmədən vəziyyəti ölü nöqtədən tərpətmək mümkün olacaq.

   Bunu Minsk Qrupunun, RF-nin, ABŞ-ın, yaxud Avropa Birliyinin Ermənistanın və Azərbaycanın əvəzinə edəcəyini gözləmək sadəlövhlük olar. Vətəndaş əlaqələrinin yaradılması, hər iki ölkənin vətəndaşlarının təfəkküründə güzəştlərin və kompromislərin edilməsinin qanuniləşdirilməsi baxımından ən əsas amilə çevrilə bilər".

   Onu da qeyd edək ki, Azərbaycan icmalar arasında görüşün baş tutmasında xüsusilə maraqlıdır. Regionun azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bəyan edib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun təşkili münaqişənin həllinə müsbət təsir göstərəcək: "Biz istərdik ki, azərbaycanlı və erməni icmaları mütəmadi görüşsün, çünki bu, danışıqların gedişinə müsbət təsir göstərə bilər". O bununla əlaqədar olaraq ermənilərin noyabrın sonunda Berlində planlaşdırılan bu formatda görüşdən imtina etməsindən təəssüfləndiyini qeyd edib. B.Səfərovun sözlərinə görə, bu şəraitdə iki icmanın növbəti görüşünün nə zaman keçiriləcəyini demək çətindir.

   Münaqişənin həllinin uzanması isə hazırda daha çox Ermənistanın zərərinə işləyir.

   Vaşinqtonda fəaliyyət göstərən Karnegi Fondunun eksperti Tomas De Vaal bununla əlaqədar bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistan iqtisadiyyatında müşahidə olunan durğunluğun daha kəskin həddə çatacağını deməyə əsas verir. Onun sözlərinə görə, uzun müddət davam edən münaqişələr regionda, siyasi gərginliklə yanaşı, iqtisadi fəlakətlərə yol açır: "Azərbaycan bu böhranla mübarizədən uğurla çıxıb. Münaqişənin həlli bu ölkə üçün daha böyük nailiyyətlər vəd edir. Amma Ermənistanda bunun əksi müşahidə olunmaqdadır. Odur ki, münaqişə tərəfləri gələcək inkişaf naminə problemin həllinə səy göstərməlidir".




برچسب ها: atət، dağlıq qarabağ، Rusiya، Press Sentr، Azərbaycan Qarabağ، Azərbaycan، erməni، Ermənistan، Հայերեն կառավարությունը դուրս է մեր տարածքում:،
نوشته شده در تاریخ یکشنبه 20 آذر 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()
http://www.irupload.ir/images/txr7h9lxvsn4xtls2bny.jpg
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.

Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.Xəbərin davamı


ادامه مطلبXəbərin davamı
برچسب ها: Azərbaycan، Heydər Əliyev،
نوشته شده در تاریخ پنجشنبه 3 آذر 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

http://www.pic.iran-forum.ir/images/6p7akx5aa6848wy473e3.jpg

Muğam Azərbaycanın sirli-sehrli ənənəvi musiqisidir. AzərTAc xəbər verir ki, CNN telekanalının “Azərbaycana baxış” layihəsi çərçivəsində reportajlarından biri məhz bu nadir sənətə həsr olunub.

Reportajda tanınmış muğam ifaçısı Alim Qasımov deyib: “Muğamı ona vurğun insan ifa edirsə, onun ruhunu cismindən ayırıb ilahi bir aləmə aparmaq iqtidarındadır”.

CNN-in müxbiri Cim Klensi qeyd edir: “Muğamın ənənəvi xalq çalğı alətlərinin müşayiəti ilə oxunması səhnənin dekorasiyası qədər əhəmiyyətlidir. Muğam insanı ovsunlayan ritmik bir musiqidir. Alim Qasımov və onun qızı Fərqanə üçün isə ailəvi bir həvəsdir. Muğamı bu ailənin hətta ən kiçik nümayəndələri - tanınmış musiqiçinin nəvələri də ifa edirlər”.

Alim Qasımovun sözlərinə görə, muğam onu qanadlarına alıb ilahi bir məkana aparır və o, yalnız ruhunun cismindən qopması sayəsində auditoriyanı ilahi qüdrətə yaxınlaşdıra bilir.




برچسب ها: Muğam، Azərbaycan، Azərbaycan musiqisi، AzərTAc xəbər، CNN telekanalı، Alim Qasımov، CNN، xalq çalğı alətləri،
نوشته شده در تاریخ دوشنبه 30 آبان 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()


http://www.pic.iran-forum.ir/images/l3rz7wbhrl8jufty9uq4.jpg

Dağlıq Qarabağ münaqişəsinin alovlanmaq ehtimalının yenidən yüksək olmasına dair ekspertlər səviyyəsində verilən proqnozlar özünü doğruldur. Özü də münaqişə tərəfləri ən yüksək səviyyədə etiraf etməyə başlayır ki, həqiqətən Qarabağ konflikti yenidən hərbi müstəviyə keçə bilər. Buna əsas səbəb isə indiyə qədər aparılan danışıqlar prosesinin faktiki iflasa uğraması və hər hansı ciddi nəticə verməməsidir. Görünür, elə bunun nəticəsidir ki, indi həm Azərbaycan, həm də Ermənistan prezidentləri Qarabağda yenidən müharibənin başlayacağını bəyan edir.

Xəbərin davamı



ادامه مطلبXəbərin davamı
برچسب ها: Prezident İlham Əliyev، Qarabağ، Azərbaycan torpağı، Azərbaycan، Dağlıq Qarabağ،
نوشته شده در تاریخ پنجشنبه 26 آبان 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()
http://www.pic.iran-forum.ir/images/jipa3abp2g1lf8jv64t.jpg

Bu gün Milli Dirçəliş Günüdür. 23 il öncə-1988-ci il noyabrın 17-də Azərbaycanda meydan hərəkatı başlanıb. Azərbaycan üçün həmin gün xalq hərəkatının başlanğıcının qoyulduğu tarix olaraq mühüm əhəmiyyət kəsb edir. Məhz həmin gün o dövrkü Lenin meydanı-indiki Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırıldı. Bakının baş meydanında ilk mitinq noyabrın 17-də keçirildi və 18 gün fasiləsiz davam etdi. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra prezident Əbülfəz Elçibəy 17 noyabrın Milli Dirçəliş Günü adlandırılması və rəsmi dövlət bayramları sırasına daxil edilməsi haqda fərman verdi.

2006-cı ilə qədər 17 noyabr qeyri-iş günü olaraq dövlət səviyyəsində bayram edilirdi. Bunları xatırlatmaqla 1988-ci ilin 17 noyabr hadisəsinin Azərbaycan üçün necə yüksək əhəmiyyət kəsb etdiyini vurğulamaq istədik. Meydan hərəkatının bir sıra həqiqi və yalançı qəhrəmanları olub. Meydan hərəkatının həqiqi qəhrəmanlarından və sonrakı illərdə də bütün sınaqlardan qəhrəman kimi çıxan Ənvər Əliyev 17 noyabrda başlanan mitinqin əsas təşkilatçısı olub. Ə.Əliyev 23 il əvvəl baş verənlər haqda danışarkən bildirdi ki, bu tarixin Azərbaycanın müstəqillik əldə etməsində xüsusi rolu olub.
Ə.Əliyev o dövrkü proseslərin əsasən Dağlıq Qarabağ məsələsi ətrafında cərəyan etdiyini və tədricən müstəqillik uğrunda hərəkata çevrildiyini deyir: “Erməni akademik Aqambekyan çıxış edərək bildirmişdi ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycandan çox Ermənistana bağlıdır. Bu fikirlər Bakıda, xüsusən ictimai fəallığı ilə seçilən insanlar arasında bomba kimi partladı. 17 noyabr mitinqindən əvvəl 1988-ci il fevralın 19-da küçə yürüşü, mayın 16-da isə mitinq keçirmişdik. Proses yüksələn xətlə inkişaf edirdi. Dağlıq Qarabağda və Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı keçirilən mitinqlərə qarşı Bakıda da misli görünməmiş mitinqin keçirilməsi zərurəti yaranmışdı. 17 noyabrda həmin mitinqi başladıq. Bakı Dövlət Universiteti, Politexnik və İnşaat institutlarının yataqxanalarında yaşayan tələbələrə, tərəfdarlarımıza 17 noyabrda səhər tezdən meydana yığışacağımız barədə xəbər verdim. Plakatları, şüarları BDU-da ”Yurd" Cəmiyyətində hazırladım. SSRİ-nin qırmızı bayrağının yuxarısını karandaşla göy, aşağısını isə yaşıl rəngləyib Azərbaycanın milli bayrağına oxşatdım ki, mitinqdə qaldıraq. Səhər saat 8-də yataqxanalarda yaşayan bir neçə yüz adamla, o cümlədən Fazil Qəzənfəroğlu və Əli Kərimlinin də tələbə olaraq öndə getdiyi bir qrup tələbə ilə universitetin yanına gəldik. Xeyli sayda tələbə və müəllim bizə qoşuldu. Metronun “Elmlər Akademiyası” stansiyasının yanından indiki Texniki Universitetə tərəf yürüş başladı. Politexnik İnstitutunun qarşısında yürüşə qoşulanların sayı o qədər artdı ki, böyük izdiham yarandı. Milis qarşımızı kəsdi. Əvvəldən planlaşdırdığımız kimi, yerə oturduq. Otura-otura, dura-dura Ali Sovetin qarşısına qədər getdik. Ora çatanadək 5-6 dəfə milis qarşımızı kəsdi və əlimizdəki bayraqları aldı. Ali Sovetin qarşısında Bakı Şəhər Daxili İşlər İdarəsinin rəisi Fətullah Hüseynovun başçılığı ilə milislər bizə hücuma keçdilər. Bizi amansızcasına döydülər, əlimizdə qalan bütün bayraqları cırdılar. Mənim başımı yarmışdılar və ağır travma almışdım. İzdihamı parlamentin qarşısında dağıtdılar, lakin binaların arası ilə hamı axışdı indiki Azadlıq meydanına tərəf. Saat 12.30-da meydana daxil ola bildik. Meydana daxil olanda mənim arxamca təxminən 30-40 min adam gəlirdi. Meydanda da təxminən bir o qədər adam olardı. Beləliklə, meydanda ilk mitinqimizə saat 13-də təxminən 80 min adamla başladıq".
Ə.Əliyevin sözlərinə görə, mitinqdə şüarları “Ermənistana onunla əlaqələri kəsəcəyimiz barədə xəbərdarlıq olunsun!”, “Topxanadakı tikinti dayandırılsın!”, “Dağlıq Qarabağda Azərbaycanın iqtisadi, siyasi və hüquqi hakimiyyəti bərpa edilsin!” olub: “Şüarları iki saatdan bir səsləndirirdik. Əhalinin sayı getdikcə artırdı. Mitinqin ikinci günü yüzminlərlə adam toplaşmışdı. 18 günlük mitinqdə elə günlər oldu ki, bir milyon adam meydana toplaşırdı”.
Ə. Əliyev onun icazəsi olmadan mitinqdə heç kimə söz verilmədiyini deyir: “Ən böyük iddialı Nemət Pənahov idi. İkinci gün ona söz verdik, çıxış elədi. Əbülfəz bəyə ikinci gün çox çətinliklə söz verə bildim. Başımdan zərbə aldığım üçün mitinqin üçüncü günü dözə bilmədim və evdə qısamüddətli müalicəyə getdim. Bir neçə günlük müalicədən sonra meydana qayıdanda milis məni meydana buraxmadı. Yalnız bir neçə gündən sonra arxa qapıdan gizli daxil ola bildim”.
Ə. Əliyev 18 günlük mitinqin müstəqillik uğrunda xalq hərəkatının başlanmasına səbəb olduğunu vurğuladı.
Onu da qeyd edək ki, bu gün ölkənin demokratik qüvvələri Milli Dirçəliş Gününü qeyd edəcəklər. İctimai Palata saat 12-də Müsavat Partiyasının qərargahında xüsusi tədbir keçirəcək.

 Etibar SEYİDAĞA




برچسب ها: Əbülfəz Elçibəy، Azərbaycan، xalq hərəkatı، milli bayrağ، Bakı، Azərbaycan müstəqillik، prezident Əbülfəz Elçibəy، Dağlıq Qarabağ، Qarabağ، ərazi، Etibar SEYİDAĞA،
نوشته شده در تاریخ جمعه 13 آبان 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

İranın “Hizbullah Ənsarı” təşkilatının noyabrın 4-də Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirəcəyi barədə xəbər bu təşkilatın Şərqi Azərbaycan şöbəsinin saytında təkzib edilib.

Təbriz İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi şəhəridir.

“Media forum” saytı “Amerikanın səsi”nə istinadla bildirir ki, noyabrın 3-də “Hizbullah Ənsarı”nın Şərqi Azərbaycan şöbəsinin saytında yerləşdirilən təkzibdə deyilir: “Möhtərəm Hizbullahi bacı və qardaşlarımıza çatdırırıq ki, aban ayının 13-ü (noyabrın 4-ü) Azərbaycanın baş konsulluğunun önündə nümayiş keçiriləcəyi barədə şayiələr yayılıb. Bu təşkilat belə bir aksiya keçirtməyəcək və “Hizbullah” bu barədə yayılan şayiəni təkzib edir”.

Noyabrın 4-ü İranda 1979-cu ildə ABŞ səfirliyinə edilən hücumun ildönümüdür və həmin gün İranda tələbə günü kimi qeyd edilir.

Ancaq “Amerikanın səsi” qeyd edir ki, “Hizbullah Ənsarı”nin Şərqi Azərbaycan şöbəsinin rəhbəri molla Ruhulla Becaninin Azərbaycan əleyhinə çıxışları təşkilatın saytında qalır. O, çıxışlarında Azərbaycan rəhbərlərinə qarşı ifadələr işlədir, xalqı din adına üsyana çağırır, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və partiyanın başqa üzvlərinin həbsini pisləyir.

Ruhulla Becani Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunu casusxana adlandırıb və İran hökumətinin keçən il onların buraya hücum etmək planının qarşısını aldığını deyib. Becani söyləyib ki, onlar 2011-ci ildə Təbriz konsulluğu qarşısında aksiyalarını keçirəcəklər.

 




برچسب ها: İran، Təbriz، Azərbaycan، baş konsulluğu، Şərqi Azərbaycan، Media forum، Amerika، Azərbaycan Respublikası،
نوشته شده در تاریخ چهارشنبه 27 مهر 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

1phefmtispwbhwn78wh.jpeg

 
18oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

20il öncə Azərbaycan xalqının apardığı azadlıq və istiqlal mübarizəsi nəticəsində Azərbaycan dövləti ikinci dəfə müstəqilliyinə qovuşub

18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında tarixi sənədi - Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da müstəqilliyin əleyhinə səs veriblər

6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktında müstəqil Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu vurğulanıb

1991-ci il dekabrın 29-da ümumxalq referendumu keçirilib və Azərbaycan əhalisinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib

2006-cı il dekabrın 8-də isə Milli Məclisin Əmək Məcəlləsinə etdiyi dəyişikliklə 18 oktyabr Müstəqillik Günü də 12 noyabr Konstitusiya Günü və 17 noyabr Dirçəliş Günü ilə birlikdə rəsmi tətil günləri siyahısından çıxarılıb




برچسب ها: Azərbaycan، Azərbaycan xalqının، 18oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür،
نوشته شده در تاریخ شنبه 2 مهر 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

"Azərbaycan topraqlarının illərdir davam edən işğalına artıq son qoyulmalıdır"

Baş nazir Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyasındakı çıxışında Dağlıq Qarabağ probleminə də toxunub: "Azərbaycan torpaqlarının illərdir davam edən haqsız işğalına artıq son qoyulmalıdır".

Ərdoğan Dağlıq Qarabağ probleminin həll olunmamasının qəbuledilməz olduğunu deyib: "Beynəlxalq problemlər qanqrenaya çevrilmədən onların həll olunması hamımızın siyasi və əxlaqi məsuliyyətidir




برچسب ها: Baş nazir، Rəcəb Tayyib Ərdoğan، BMT، Dağlıq Qarabağ، Azərbaycan، Qarabağ،
نوشته شده در تاریخ جمعه 25 شهریور 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

 

http://20uploads.com/images/1390/shahrivar/13148534441.jpg

 

Urmu Gölü

Urmu gölü nələr gəlib başına ?

Qurudurlar niyə bu az yaşına ?

Qurban olum o duzlu göz yaşına

Niyə sənin gözün yaşın silən yox ?

Axı nədən səni dərman edən yox ?

Urmu gölüm nədir sənin gunahın ?

Yoxdur sənin bizdən sonra pənahın

Almamısan heç bir ınsanın ahın

Sənin suda ki bir nəfər ölən yox

Axı nədən səni dərman edən yox ?

Bir zamanlar çimərdik qucağında

Quylanardıq şəfali torpağında

Susuz qalıbdır dilin dodağında

Niyə çaylar bağlanıbdır gələn yox ?

Axı nədən səni dərman edən yox ?

Urmu gölüm oldun bizə sən Ana

Insaf dəyil qoyaq ürəyin yana

Olmaz evlad ki öz Anasın dana

Duzlu dəniz səndən kimsə küsən yox

Axı nədən səni dərman edən yox ?

Azərbaycan qəlbi səndə döyünür

Sən olmasan yurdum ölü görünür

Millət sənsiz başqa yerə köçünür

Niyə sənin dərdini heç bilən yox ?

Axi nədən səni dərman edən yox ?

Düz yetdi gün yatdım urmu gölündə

Aldım səndən " Duzlu Oğlan " sözündə

Oxuyuram sənin ağlar gözündə

Azərbaycan gəlinini sevən yox ?!

Axı nədən məni dərman edən yox ?

Şair : Vəhid Şükürzadə




برچسب ها: اورمو، اورمو گؤلو، اورمیه، ارومیه، دریاچه ارومیه، آذربایجان غربی، urmu gölü، urmia، urmu، azarbaijan، azərbaycan،
درباره وبلاگ
بو منیم وطنیم، بو منیم ائلیم
جانیمدان عزیزدیر توپراغیم دیلیم
آل قانا بویانسام یادا ساتمارام
شرفیم وطن­دیر بیر آن آتمارام
آنامین قانی­دیر آخان قولومدا
دؤیوشه گئده­ رم وطن یولوندا
قوربان­دیر بو خالقا بو یوردا جانیم
باشی اوجا یاشاسین آذربایجانیم
...........................................
West Azerbaijan province in northwestern Iran
And the second largest province, that their language is Turkish
...........................................
HE WHO CALL HIMSELF A TURK
موضوعات
آخرین مطالب
نویسندگان
آرشیو مطالب
پیوند ها
پیوندهای روزانه
آمار سایت
بازدیدهای امروز : نفر
بازدیدهای دیروز : نفر
كل بازدیدها : نفر
بازدید این ماه : نفر
كل مطالب : عدد
آخرین بازدید :
آخرین بروز رسانی :
. . ... .......... .. .. Yahoo bot last visit powered by MyPagerank.Net.. ..free counters ... Share .... ..




..Future Google PR for canimurmia.mihanblog.com - 3.42




تمام حقوق این وبلاگ و مطالب آن متعلق به صاحب آن می باشد.

ابزار وبمستر

عکس

دانلود

خرید vpn

قالب وبلاگ

..

آپلود عكس

آپلود عكس

.. Related Posts Plugin for WordPress, Blogger... ..
شبکه اجتماعی فارسی کلوب | Buy Website Traffic | Buy Targeted Website Traffic