TÜRK
شهیدلر اولمز اورمیه بولونمز.şəhıdlər ölməz urmu bölünməz
نوشته شده در تاریخ سه شنبه 29 آذر 1390 توسط آیتام aytam اورمولو urmulu | نظرات ()

http://www.irupload.ir/images/vukcupxiavr2wo10fe.jpg

Dünən Fransa parlamentinin aşağı palatasının iclasında qondarma erməni soyqırımının tanınmasının inkar edilməsini qadağan edən qanun layihəsi qəbul olunub. Aşağı palatada aparılan səsvermə zamanı layihə 19 əleyhinə, 106 lehinə olmaqla təsdiqlənib. Qanun layihəsinə görə, qondarma erməni soyqırımını inkar etmək cinayət hesab ediləcək və bu qanunu pozanlara 1 ilə qədər həbs və ya 45 min avro cərimə tətbiq ediləcək.

   Bundan sonra qanun layihəsi Fransa parlementinin yuxarı palatası olan Senata, daha sonra yenidən Aşağı palataya göndəriləcək. Yenidən qəbul olunacağı təqdirdə qanun layihəsi imzalanması üçün Fransa prezidenti Sarkoziyə təqdim ediləcək. Layihənin Senata nə vaxt göndəriləcəyini isə Fransa hökuməti müyyənləşdirəcək.

   Türkiyə soyqırım ifadəsini qəbul etmir və deyir ki, 300-500 min arasında erməni, türklərlə bərabər, Osmanlı imperiyası zamanında ölüb. Bir çox tarixçilər isə 1915-16-cı illərdə 500 mindən 1.5 milyonadək erməninin kütləvi şəkildə öldürüldüyünü deyir.

   Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Fransa Senatını qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul ediləcəyi halda bu ölkəyə qarşı cavab addımları atacağı ilə hədələyib. "Həmin qanun layihəsi Fransada qəbul ediləcəyi halda Türkiyə cavab addımları atacaq və 1945-ci ildə Fransanın Əlcəzairdə 45000 dinc sakinin həlak olması zamanı törətdiyi soyqırımın tanınması barədə qanun layihəsini parlamentə çıxaracaq" - deyə Əhməd Davudoğlu bəyan edib.

   Türkiyə mətbuatı isə yazır ki, rəsmi Ankara Fransaya ilk cavabını xüsusilə hərbi layihələrdə verməyi planlaşdırır. Belə ki, qalmaqallı qanun layihəsi dekabrın 22-də Fransa parlamenti tərəfindən qəbul olunacağı təqdirdə Türkiyə fransız şirkətlərini hərbi layihələrdən də kənarlaşdıracaq.

   Məlumata görə, Türkiyənin Müdafiə Sənayesi Katibliyinin açdığı və ümumi məbləği 4 milyard ABŞ dollar olan uzaq mənzilli hava müdafiə sistemi (T-LORAMIDS) tenderinə fransız firmalarının birbaşa və ya ortaq qatılımına icazə verilməyəcək. Hazırda bu tenderdə ABŞ, Çin və Rusiya ilə yanaşı İtaliya-Fransa ortaqlığı olan MBDA şirkəti də yarışır. Çin və Rusiya sistemlərinin NATO sistemlərinə inteqrasiya oluna bilməyəcəyi söylənir. Belə olan təqdirdə, MBDA fransız ortaqlığı səbəbindən tenderdən kənarda qalacaq.

   Digər tərəfdən, Almaniya-Fransa birgə müəssisəsi olan "Eurocopter" firması "Tiger" helikopter modelini Türkiyə Əmniyyət Baş İdarəsinin tenderinə təqdim etmək niyyətində olduğunu açıqlayıb. Qanunun parlamentdə qəbulu baş tutarsa, "Eurocopter" də Türkiyə bazarını itirmiş olacaq.

   Onu da qeyd edək ki, "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi Fransa parlamentinin gündəliyinə 2006-cı ildə çıxarılan zaman da
Ankara analoji qərar qəbul edib. O zaman bu qərara görə Fransa Türkiyədəki müdafiə sənayesi ofisini də bağlamaq məcburiyyətində qalıb.

   Bundan başqa, Türkiyənin biznes liderləri də Fransaya xəbərdarlıq edir ki, "erməni soyqırımı"nı danmağı cinayət hesab edən qanun qəbul olunarsa, bu, iki ölkə arasında ticarət əlaqələrinə dağıdıcı zərbə olacaq.

   Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rufat Hisarcıklıoğlu bildirir ki, əgər bu qanun qəbul olunarsa, iqtisadi və ticarət əlaqələrinə ciddi zərbə vuracaq: "TOBB-un belə bir hərəkata təşəbbüs göstərməsi ağlasığmazdır. Fransız şirkətləri bizim üzvlərimiz arasındadır və biz onların maraqlarını qoruyuruq. Amma Türkiyənin əhalisi gəncdir və boykot çağırışları sosial şəbəkələri saracaq".

   Fransalı qanunvericilər cümə axşamı qanunu qəbul edərsə, türklərin fransız mallarını boykot edəcəyi təhlükəsi var.

   Türkiyədə 960 fransız şirkəti fəaliyyət göstərir. Rəsmi rəqəmlərə görə, iki ölkə arasında ikitərəfli ticarət 2010-cu ildə 17 faiz artaraq 11.6 milyard avroya çatıb.

   Qeyd edək ki, Fransa 2001-ci ildə qəbul edilən qanunla qondarma erməni soyqrımını tanıyıb. Bu il dekabrın əvvəllərində isə Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim edib. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir. Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı"nı tanıyıb.




برچسب ها: Fransada qondarma erməni soyqırımını dəstəkləyən qanun qəbul edildi، fransa، erməni soyqırımı، Fransa parlementi، Türkiyə، Osmanlı imperiyası، Əhməd Davudoğlu، Türkiyənin xarici işlər naziri، Türkiyə mətbuatı،
درباره وبلاگ
بو منیم وطنیم، بو منیم ائلیم
جانیمدان عزیزدیر توپراغیم دیلیم
آل قانا بویانسام یادا ساتمارام
شرفیم وطن­دیر بیر آن آتمارام
آنامین قانی­دیر آخان قولومدا
دؤیوشه گئده­ رم وطن یولوندا
قوربان­دیر بو خالقا بو یوردا جانیم
باشی اوجا یاشاسین آذربایجانیم
...........................................
West Azerbaijan province in northwestern Iran
And the second largest province, that their language is Turkish
...........................................
HE WHO CALL HIMSELF A TURK
موضوعات
آخرین مطالب
نویسندگان
آرشیو مطالب
پیوند ها
پیوندهای روزانه
آمار سایت
بازدیدهای امروز : نفر
بازدیدهای دیروز : نفر
كل بازدیدها : نفر
بازدید این ماه : نفر
كل مطالب : عدد
آخرین بازدید :
آخرین بروز رسانی :
. . ... .......... .. .. Yahoo bot last visit powered by MyPagerank.Net.. ..free counters ... Share .... ..




..Future Google PR for canimurmia.mihanblog.com - 3.42




تمام حقوق این وبلاگ و مطالب آن متعلق به صاحب آن می باشد.

ابزار وبمستر

عکس

دانلود

خرید vpn

قالب وبلاگ

..

آپلود عكس

آپلود عكس

.. Related Posts Plugin for WordPress, Blogger... ..
شبکه اجتماعی فارسی کلوب | Buy Website Traffic